AZ

Gürcüstanın Aİ yə gedən yolu yoxdur Kaya Kallas

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gürcüstan vətəndaşları üçün çox vacib bir mesajım var, xüsusən də hökumətləri ölkənin Avropa Birliyinə doğru irəlilədiyini söylədiyi bir vaxtda. 

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının ali komissarı Marta Kos genişlənmə hesabatının təqdimatı zamanı deyib.

O, Gürcüstan hakimiyyətinə müraciət edib: "Hörmətli Gürcüstan hökuməti, siz xalqınızı Aİ-yə yaxınlaşdırmırsınız, əksinə, daha da uzaqlaşdırırsınız. Əgər Aİ üzvlüyü ilə bağlı həqiqətən ciddisinizsə, xalqınızı dinləyin və sizdən fərqli olan müxalifət liderlərini, jurnalistləri və insanları həbs etməyi dayandırın, onda biz danışa biləcəyik".

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas öz növbəsində bildirib ki, Gürcüstan Avropaya inteqrasiya prosesində geriləyiş əldə edən yeganə namizəd ölkədir: "Bu mərhələdə şərtlər kəskin şəkildə dəyişməsə, Gürcüstanın Aİ üzvlüyünə gedən yolu yoxdur".

Onun sözlərinə görə, Gürcüstan hazırda yalnız adı ilə namizəd ölkə hesab olunur. 

Ağarza Elçinoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
unikal.az

1Mənbələr