AZ

Ədliyyə Akademiyasının rektoru: Azərbaycan Ermənistanla yanaşı Rusiya ilə də müharibə aparırdı

Azərbaycanın 1990-cı illərin əvvəllərində apardığı müharibə təkcə Ermənistanla deyil, həm də Rusiya ilə aparılırdı. Bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev noyabrın 5-də XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, həmin dövrdəki “satqınlıq və şərəfsiz idarəetmə” nəticəsində ölkə ərazisinin 20 faizi işğal altına düşdü.

“Əbülfəz Elçibəy ali baş komandan deyildi. O, yalnız Kəlbəcər əldən gedəndən sonra ali baş komandan oldu. Konstitusiya dəyişiklikləri Milli Məclisin səlahiyyətində idi. O vaxt hakimiyyət faktiki olaraq mövcud deyildi,” – Şahin Əliyev qeyd edib.


1990-cı illərin əvvəllərində Azərbaycanın torpaqlarının təxminən 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində bu ərazilərin azad edib və 2023-cü ildə suverenliyini tam bərpa edib. 

Gülnar Nazimqızı 

Seçilən
14
anews.az

1Mənbələr