AZ

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Bakı. Trend:

2025-ci ilin 28-31 oktyabr tarixlərində Avstriya Respublikasınınpaytaxtı Vyana şəhərində Narkotiklərlə bağlı qanunlara riayətolunmasının təmin edilməsi üzrə milli idarələrin rəhbərlərinin16-cı iclası keçirilib.

Trend xəbərverir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası DövlətTəhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin aidiyyətiəməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

İclasda respublikamızın üzv olduğu narkotik maddələrin vəonların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı beynəlxalqkonvensiyaların müddəalarından irəli gələn vəzifələrin icrası,Azərbaycanda narkotiklərin qaçaqmalçılığına qarşı aparılanmübarizə, ölkənin narkotik maddələrin daşınması üçün tranzitmarşrutu kimi istifadə edilməsinin qarşısının alınmasıistiqamətində, habelə bu sahədə qəbul olunmuş 2019-2024 və2025-2030-cu illəri əhatə edən Dövlət proqramları çərçivəsindəgörülmüş tədbirlər barədə nümayəndə heyəti tərəfindən ətraflıməlumat verilib. Bildirilib ki, ötən müddətdə Azərbaycan tərəfi ilənarkotiklərin qanunsuz dövriyyəsinə qarşı BMT-nin müvafiq qurumu(UNODC), İNTERPOL və digər beynəlxalq və regional təsisatlararasında səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Eyni zamanda, sonvaxtlarda ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi (DEA) ilə qurulmuşişgüzar münasibətlərə də toxunulub.

Həmçinin vurğulanıb ki, 2019-2024-cü illər ərzində Azərbaycanınhüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotropmaddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşıapardığı mübarizə çərçivəsində 47.863 fakt aşkar edilib. Bundanəlavə, qeyd olunan dövrdə 33,5 ton müxtəlif növ narkotik vasitələr,psixotrop maddələr və onların prekursorlarının qanunsuzdövriyyəsinin qarşısı alınıb, 510 nəfəri əcnəbi olmaqla, ümumilikdə39.002 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Rəsmi statistikayagörə, son iki ildə qonşu ölkələrdən Azərbaycan vasitəsilə 10narkotik qaçaqmalçılığı cəhdi qeydə alınıb və nəticədə 600 kiloqramnarkotik vasitə müsadirə edilib.

Eləcə də tədbirdə Azərbaycan nümayəndə heyəti tərəfindəntərəfdaş dövlətlərin istintaq orqanları və əməliyyat qurumlarıarasında əlaqələrin və əməliyyat məlumatlarının mübadiləsiningenişləndirilməsi, o cümlədən beynəlxalq nəqliyyat dəhlizlərivasitəsilə narkotik vasitələrin daşınmasına ölkələrin birgənəzarətinin təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Bundan başqa, müasir dövrümüzdə göstərilən sahədə yaranmıştəhdidlər sırasında internet üzərindən narkotik vasitələrinsatışının həyata keçirilməsinin, cinayətkarların pilotsuz uçuşaparatlarından narkotiklərin daşınmasında istifadə etmələrinin yeralması narahatlıq doğuran hallar kimi diqqətə çatdırılıb.

Xüsusilə qeyd olunub ki, ümumbəşəri bəlaya çevrilmişnarkotiklərin qeyri-qanuni dövriyyəsi, bu işlə məşğul olancinayətkar qruplaşmaların zərərsizləşdirilməsi yönündə birgəsəylərin gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin və informasiyamübadiləsinin daha da intensivləşdirilməsinə ciddi ehtiyacvardır.

Seçilən
8
19
az.trend.az

10Mənbələr