“Bakı Metropoliteni” iş rejimində dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, bu gün keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa görə noyabrın 5-dən 6-na keçən gecə metronun bütün stansiyaları saat 01:00-a qədər girişə açıq olacaq.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq.

Ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.