AZ

Tramp yeni rekorda imza atıb: ABŞ-da federal hökumətin bağlanması 36 günə çatıb

ABŞ-da davam edən federal hökumətin bağlanması ölkə daxilində bir çox dövlət qurumlarının fəaliyyətinə və xidmətlərinə ciddi təsir göstərməkdə davam edir.

Editor.az xəbər verir ki, federal hökumətin fəaliyyətsiz qalması artıq 36-cı gününə çataraq ABŞ tarixində ən uzunmüddətli bağlanma rekordu qırıb.

Federal hökumətin maliyyələşdirilməsi üçün nəzərdə tutulan müvəqqəti büdcə layihəsi Senatda keçirilən 13 səsvermə cəhdinə baxmayaraq yenidən təsdiqlənməyib.

Beləliklə, çərşənbə axşamı axşam saatlarında hökumətin bağlanması 2019-cu ilin əvvəlində qeydə alınmış əvvəlki 35 günlük rekordu rəsmi şəkildə üstələyib. Həmin dövrdə, yəni Prezident Donald Trampın ilk hakimiyyət müddətində (2018-ci ilin dekabrından 2019-cu ilin yanvarınadək) baş verən bağlanma hava limanlarında uzun gecikmələrə və yüz minlərlə federal işçinin maaşsız qalmasına səbəb olmuşdu.

Mütəxəssislərin fikrincə, bu dəfəki bağlanmanın təsirləri əvvəlkindən daha geniş və dağıdıcı ola bilər.

// Gülnarə Abasova, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr