AZ

Politoloq: Yeni Konstitusiya kilsəni milli kimliyin inhisarından məhrum edəcək

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Nə siyasi səlahiyyət, nə də maliyyə imtiyazları qalacaq

Türkiyə və Azərbaycanla normallaşma prosesi "milli təhlükə" ideyasının sonunu gətirəcək

2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib. Kilsə rəhbərinin dəyişdirilməsinin təxirə salınma ehtimalından danışan A.Simonyanın sözlərinə görə, bunu seçkilərdən əvvəl siyasiləşdirmək olmaz. Simonyan bütün ermənilərin katolikosu II Qaregini vaxtında istefa verməyə çağırıb: "O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər". Qeyd edək ki, ötən gün Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun qardaşı oğlu Ambartsum Nersisyan saxlanılıb. Onlar xuliqanlıqda və seçki prosesinə müdaxilədə ittiham olunurlar. Oktyabrın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin patriarxal taxt-tacı ələ keçirdiyini açıqlayıb. Siyasətçinin sözlərinə görə, kilsə rəhbəri subaylıq andını pozub.

Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, son illər Ermənistan Baş naziri Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında gərginlik açıq siyasi xarakter alıb. Ekspertin sözlərinə görə, bu qarşıdurma təkcə dini müstəvidə deyil, həm də dövlətin modernləşməsi ilə ənənəvi milli-dini institutlar arasında toqquşmadır: 

Seçilən
59
sherg.az

1Mənbələr