AZ

Azad olunmuş ərazilərdə həqiqətən həyat sürətlə canlanır - Baş prokuror

Zəngilan. Trend:

İşğaldan azad olunmuş ərazilərdə həqiqətən həyat sürətləcanlanır.

Trend xəbər verir ki, bunu bugün "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusundakonfransda Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin “Biz Qarabağı cənnətəçevirəcəyik” sözlərinin artıq reallıqda şahidi oluruq:

"Artıq Zəngilan, Laçın, Füzuli və digər rayonlarda daxil olmaqlaöz doğma yurd yuvalarına qayıdanlarla birlikdə işğaldan azadedilmiş ərazilərimizdə 50 mindən artıq vətəndaş daimiməskunlaşıb.
Sevindirici haldır ki, həmin vətəndaşlardan 20 min nəfəri öz doğmayurdlarına köçürülmüş soydaşlarımız olsa da, digərləri işğaldanazad edilmiş ərazilərdə xidməti fəaliyyətlərini icrası, yaxudtəhsil üçün üz tutmuş vətəndaşlarımız, gənclərimizdir".

Baş prokuror qeyd edib ki, bu gün Zəngilan da daxil olmaqlabütün azad edilmiş ərazilərdə genişmiqyaslı infrastrukturlayihələri, yaşayış məntəqələrinin bərpası, sosial və iqtisadiinkişafa yönəlmiş tədbirlər ardıcıl həyata keçirilir:

" Müasir avtomobil yolları, hava limanları, enerji və sutəchizatı xətləri, məktəblər, xəstəxanalar və xidmət obyektləri butorpaqlarda yeni həyatın təməlini qoyur".

Məqalədə:
Seçilən
52
11
az.trend.az

10Mənbələr