AZ

Rusiyada dəhşətli hadisə: Dördü uşaq olmaqla yeddi nəfər yanaraq öldü

Rusiyanın Surqut şəhərində ikimərtəbəli bağ evində baş verən yanğında yeddi nəfər ölüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yanğın evi tamamilə bürüyüb, nəticədə dam örtüyü və çardaq döşəmələri uçub.

Xantı-Mansi Muxtar Dairəsində baş verən yanğında dördü uşaq olmaqla yeddi nəfər ölüb, bir nəfər isə yaralanıb.

Rusiya Federasiyasının Regional İstintaq Komitəsi öz növbəsində bildirir ki, Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (səhlənkarlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə cinayət işi açılıb.

Hadisənin səbəbi və ölənlərin şəxsiyyəti müəyyən edilir.

 

Seçilən
36
1
7news.az

2Mənbələr