AZ

Ukrayna dronları Orl və Vladimiri vurdu — enerji obyektləri alovlandı

Ukrayna PUA-ları Rusiyanın Orl və Vladimir şəhərlərində hədəflərə zərbələr endirib.

Musavat.com xəbər verir ki, Vladimirdə 750 kV-luq “Vladimirskaya” yarımstansiyası vurularaq sıradan çıxıb.

Orlda isə TEC-də təkrar yanğın qeydə alınıb.

Ukrayna mənbələri yazır ki, hücumların məqsədi Moskvanın Volqa HES-lərindən gələn enerji ehtiyatlarını məhdudlaşdırmaqdır.

Rəsmi Moskva hələlik hadisə ilə bağlı geniş açıqlama verməyib.

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr