AZ

Nyu-Yorkda ilk dəfə müsəlman mer seçilib

ABŞ-nin "NBC News" telekanalının rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, o, seçkilərdə rəqiblərini: Nyu-York ştatının sabiq (2011-2021) qubernatoru Endrü Kuomo ilə Respublikaçılar Partiyasının namizədi Kertis Slivanı üstələyərək, səslərin təqribən yarısını (50.4%) toplayıb.

Beləliklə, sözügedən postda Erik Adamsı əvəzləyən Zohran Məmdani Nyu-York şəhərinin 1892-ci ildən bəri ən gənc, habelə ilk müsəlman rəhbəri kimi tarixə düşüb. O, 2026-cı ilin 1 yanvarında rəsmi surətdə öz vəzifəsinə başlayacaq. Onun şəhərlə əlaqədar vədləri arasında mənzil kirayələrini dondurmaq, pulsuz avtobus nəqliyyatı proqramı başlatmaq və yenitipli ərzaq mağazaları açmaq var.

Zohran Mamdani 1991-ci ildə Uqandada dünyaya gəlib. Valideynləri hinddir; atası müsəlmandır. Zohran 7 yaşında ikən ailəsi ABŞ-yə köçüb. O, Bronks Elm Liseyini və Boudin Kollecini bitirib. 2015-ci ildən etibarən siyasi fəaliyyətə başlayıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
33
1
azvision.az

2Mənbələr