AZ

Azərbaycanlı ekspert İrəvanda: Regional fəlakətlərə birgə reaksiya olmalıdır

Regional fəlakətlərə birgə reaksiya mexanizmi yaradılmalıdır.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu İrəvanda keçirilən “Orbeli Forum 2025: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” tədbirində Topçubaşov Analitik Mərkəzinin rəhbəri Rusif Hüseynov bildirib.

O, dövlətlər arasında əməkdaşlığın inkişafı üçün “3+3” kimi regional platformaların mövcudluğunun həlledici əhəmiyyət kəsb etdiyini qeyd edib: Marqarita pizza

"Lakin bir sıra səbəblərə görə 3+3 formatı tam fəaliyyət göstərməyib və onun gələcəyi naməlum olaraq qalır. 3 Cənubi Qafqaz respublikası arasında harmonik əməkdaşlıq daha vacibdir. Mən müəyyən regional inteqrasiya layihələrinə həvəslə yanaşıram. Bir-biri ilə bağlılığını qoruyub saxlayan Baltikyanı ölkələrin əməkdaşlığı bizim üçün nümunə ola bilər".

Əgər bu variant bizim üçün işləmirsə, o zaman Şərqə baxıb alternativlər axtara bilərik. Bəzi fikir ayrılıqlarına baxmayaraq, Mərkəzi Asiya ölkələri əməkdaşlıq üçün ümumi platforma yarada bilib və xarici tərəfdaşlarla fəal işləyirlər”.

R. Hüseynov ümidvar olduğunu bildirib ki, Cənubi Qafqaz ölkələri üçtərəfli təmaslar üçün səmərəli mexanizmlərə malik olmaqla, gələcək əməkdaşlıq üçün vizyonu birgə formalaşdıra biləcəklər:

"Kimsə geosiyasi məsələlərin bizə mane olacağına inanırsa, biz kiçik, lakin inamlı addımlarla irəliləyə bilərik. Biz bu yaxınlarda regional fəlakətlərə birgə reaksiya mexanizminin yaradılmasını təklif edən məqalə dərc etmişdik ki, bu da əməkdaşlıq üçün qarşılıqlı faydalı platformaya çevrilə bilər".


Telegram kanalımız
Seçilən
24
yenisabah.az

1Mənbələr