AZ

Ronaldu ermənilərlə oyuna əfsanəvi futbolçuya həsr olunmuş formada çıxacaq

2025-ci ildə portuqaliyalı əfsanəvi futbolçu Eysebionun ilk "Qızıl topu"nu qazanmasının altmış ili tamam olur. 

Fanat.Az xəbər verir ki, bu səbəbdən “Qara Pantera” ləqəbli futbolçunun xatirəsi ölkəsində ehtiramla yad edilir. 

Portuqaliya millisinin rəsmi tədarükçüsü olan “Puma” əfsanəvi futbolçunun şərəfinə xüsusi qara forma buraxıb. Kriştianu Ronaldu və komanda yoldaşları bu formaları 2026-cı ilin yayında Şimali Amerikanın üç ölkəsində keçiriləcək dünya çempionatının seçmə turniri çərçivəsində noyabrın 16-da Ermənistan millisi ilə keçiriləcək oyunda geyinəcəklər.

Dörd turdan sonra hesabında 10 xal olan Portuqaliya F qrupunun lideridir. Ermənistan isə 3 xalla sonuncu yerdədir.

Seçilən
12
1
fanat.az

2Mənbələr