AZ

ABŞ Maduroya qarşı sui qəsd təşkil etmək istəyir

Missiya.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağ Ev administrasiyası Venesuelada əməliyyatlar üçün üç variantı nəzərdən keçirir.

Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti bir neçə amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelada hərbi əməliyyatlar üçün aşağıdakı variantları işləyib hazırlayıb:

1)Venesuela Prezidenti Nikolas Maduroya dəstəyi zəiflətmək üçün hərbi hədəflərə hava hücumları;

2)Maduronun elit Dəniz Piyadaları bölmələri tərəfindən tutulması və ya fiziki olaraq məhv edilməsi;

3)Venesuelada hava limanlarını, neft yataqlarını və kritik infrastrukturu ələ keçirmək üçün antiterror qüvvələrinin tətbiqi.

Bildirilib ki, Tramp hələ Venesuelada əməliyyatların davam edib-etməməsi ilə bağlı qərar verməyib.

“Lakin onun bir çox yüksək səviyyəli məsləhətçiləri ən aqressiv variantlardan birini irəli sürür: Maduronu hakimiyyətdən uzaqlaşdırmaq”, - deyə vurğulanıb.

Qeyd olunub ki, ABŞ prezidentinin köməkçiləri Ədliyyə Departamentindən istənilən hərbi əməliyyat üçün hüquqi bazanın necə təmin edilməsi ilə bağlı əlavə təlimat istəyiblər. Ədliyyə Nazirliyinin Maduronun narkotik kartelinə rəhbərlik etdiyini iddia edərək onu qanuni hədəf elan edəcəyi gözlənilir.

Daşqın HəsənovMissiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
missiya.az

2Mənbələr