AZ

“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı-VİDEO

Bu gün “Qarabağ” – “Çelsi” futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxs müəyyən edilərək kiberpolis tərəfindən saxlanılıb.

Tribuna xəbər verir ki, Saxlanılanlar arasında olan Rəşad Həsənov Baku TV-yə müsahibəsində bildirib ki, matça bilet almağa çalışsa da, səyləri uğursuz olub.

Bir müddət sonra isə o, kiberpolis əməkdaşları tərəfindən qeyri-qanuni yolla bilet satdığı üçün saxlanılıb.

Qeyd edək ki, bu gün keçirilən tədbirlər nəticəsində sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə bilet satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov saxlanılıblar.

Seçilən
38
6
tribunainfo.az

10Mənbələr