AZ

Venesuela mümkün xarici hücuma qarşı silahlı müdafiə planını işəsalır

Venesuelanın Prezidenti Nikolas Maduro hakim partiyanın ABŞ tərəfdən aqressiya halında silahlı müqavimətə keçilməsi barədə planını təsdiqləyib. 

Redaktor.az bu barədə xarici KİV-ə istinadən məlumat çatdırırş

Maduro bildirib ki, “Venesuela Sosialist Partiyası” bu planı dərhal icraya başlamalı və əməliyyat planları hazırlamalıdır. Dövlət başçısı vurğulayıb ki, söhbət xalqın mümkün milli və qitəvi səviyyədə - konstitusiyada nəzərdə tutulmuş müdafiə mənasında - silahlı müqavimətə hazırlanmasından gedir.

“Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək lazımdır ki, Venesuela əlçatmaz olsun”, - deyə Maduro əlavə edib.

Aytəkin TOFİQQIZI

Seçilən
73
1
redaktor.az

2Mənbələr