AZ

Şoyqu Ramil Usubovla görüşəcək KİV

ain.az, Unikal.az saytına istinadən bildirir.

Bu gün Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Azərbaycan, Ermənistan və Belarusdan olan həmkarları ilə görüş keçirəcək. 

"Unikal" xəbər verir ki, bu  barədə TASS Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən yazıb. 

Məlumata görə, Şoyqu qeyd edib ki, Təhlükəsizlik Şurası katiblərinin görüşü “təhlükəsizlik gündəliyindəki ən mürəkkəb məsələləri açıq və konstruktiv müzakirə etməklə yanaşı, həm də ümumi ənənəvi dəyərlərin möhkəm təməli əsasında ölkələri və xalqları xarici və daxili təhdidlərdən qorumaq üçün həll yollarını birgə işləyib hazırlamağa imkan verən etibarlı ünsiyyət formatıdır”.

Qeyd edək ki, MDB Təhlükəsizlik Şurası katiblərinin görüşü oktyabrın 31-dən noyabrın 5-dək Moskvada keçirilən “Rusiya və MDB xalqları” beynəlxalq festivalının yekun tədbiri olacaq.  

Gülayə Mecid 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
unikal.az

2Mənbələr