AZ

Plastik qabda saxlanılan içkilər sağlamlıq üçün təhlükə yarada bilər -Həkimdən XƏBƏRDARLIQ

Alkoqolun plastik qabda saxlanılması insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim Andrey Doroxov aif.ru ilə söhbətində xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, bəzi növ plastiklərdə ftalatlar və digər kimyəvi birləşmələr ola bilər. Onların uzunmüddətli təsiri endokrin pozğunluqlara səbəb ola bilər. “Bu cür qarışıqlar sağlamlığa mənfi təsir göstərməklə yanaşı, içkinin dad və qoxu keyfiyyətlərini də pisləşdirir”, - Doroxov bildirib.

Kimyaçı əlavə edib ki, plastikin oksigen keçirmə xüsusiyyəti də risk yaradır. Şüşədən fərqli olaraq, PET material oksigeni tamamilə kənarda saxlaya bilmir. Oksigenin içkiyə nüfuz etməsi nəticəsində alkoqol tərkibli məhsullarda oksidləşmə prosesi baş verir, içkinin orijinal dadı və aromatı itir, o, sirkə və ya köhnəlmiş spirt qoxusu ala bilər.

“Spirt tərkibli mayelərin saxlanması üçün kimyəvi cəhətdən ən təhlükəsiz və inert material şüşədir. O, etanolla reaksiyaya girmir, oksigen keçirmir və içkini xarici təsirlərdən tam qoruyur”, - ekspert vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
26
1
redaktor.az

2Mənbələr