AZ

Makqreqor ABŞ-nin Rusiyanı “tükətmək və məhv etmək” istədiyinibildirdi

ABŞ-nin keçmiş Pentaqon müşaviri və istefada olan polkovnik Duqlas Makqreqor Vaşinqtonun siyasətinin məqsədinin Rusiyanı “tükətmək və məhv etmək” olduğunu deyib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri o, politoloq Qlenn Dizenin YouTube kanalında səsləndirib.

"Məndə elə təəssürat yaranıb ki, ümumiyyətlə strategiya yoxdur. Yeganə məqsəd NATO-nu mümkün qədər irəli çəkmək, Rusiyanı isə tükətmək və məhv etməkdir. Bunu dəfələrlə mənim iştirakımla da deyiblər", - Makqreqor bildirib.

O, ABŞ-ni Rusiya ilə münasibətləri bərpa etməyə çağırıb. Ekspertin sözlərinə görə, Amerika yenidən “elmi-sənaye gücü”nə çevrilməli, vətəndaşların həyat səviyyəsini yüksəltməli və “düşdüyü uçurumdan çıxmalıdır”. Analitik qeyd edib ki, Rusiya bu məsələdə düzgün mövqe tutur.

Nuriyyə NATİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr