Rusiyadan buğda Azərbaycandan keçməklə dəmir yolu ilə Ermənistana daşınır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkədə məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, yük artıq yoldadır. O, həmçinin yaxın günlərdə Qazaxıstan buğdasının da Ermənistana gələcəyini bildirib.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Bakının Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. İlk belə yük Qazaxıstandan gələn taxıl olub. Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan dəqiqləşdirib ki, yük Aktau-Bakı marşrutu ilə, daha sonra isə dəmir yolu ilə Gürcüstan ərazisindən keçəcək.