AZ

Tatarlı kəndində SU QITLIĞI davam edir 12 artezian quyusu inşa edilibsə, su niyə YOXDUR?

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Goranboy rayonunun Tatarlı kəndində su problemi ilə bağlı məsələni ictimailəşdirmişdik. Kənd sakinləri illərdir suvarma suyunun yoxluğundan əziyyət çəkirlər. Dediklərinə görə kəndin suvarma suyu kəsilib və hektarlarla meyvə bağları, əkin sahələri susuzluqdan quruyub. Buna səbəb kimi isə Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığı göstərilir. Sakinlər dəfələrlə eyni problemin yarandığını bildirirlər.Tatarlı kənd sakinləri növbəti dəfə Bizim.Media-ya müraciət ediblər.

 

MÖVZU İLƏ BAĞLI:Tatarlı kəndi susuzluqdan “YANIR” – Əkin sahələri quruyan kəndlilər ÇIXILMAZ DURUMDA – VİDEO

Bildirirlər ki, onların problemi həll olunmur.  Maraqlıdır ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəsmi açıqlamasında bildirilib ki, həmin kənddə 12 ədəd subartizian quyusu inşa edilib. Amma bu sudan kənd sakinlərinə heç nə çatmır. Daha doğrusu su təminatının zəif olması səbəbindən əkin sahələrini suvara bilmirlər.Kənd sakinlərinin iddialarına görə  Goranboy rayon Sudan İstifadə Birliyinin sədri Mobil Qəmbərov yalnız ona qoyun-quzu, toyuq-cücə, əkdiyi məhsullardan verən şəxslərə limitlə su verir.Başqa halda isə suvarma üçün su tapılmır. Goranboy rayon Tatarlı kəndində Sudan İstifadə Birliyinin sədri Mobil Qəmbərov Bizim.Media-ya açıqlamasında su qıtlığının olduğunu inkar etməyib. O, deyib ki, kənd illərdir suvarma ilə bağlı qıtlıq çəkir:“Bizim illərdir, suyumuz yoxdur qıtlıqdı. Neçə yerə məktub yazmışam, cavab gəlməyib. Özüm  7 ildir burada işləyirəm və 4 ildir məktub yazıram. Su var ki kəsim? Əgər elə bir şey etmişəmsə, rəsmi qurumlara şikayət verilsin, araşdırsınlar.Ümumiyyətlə, bizdə həmişə su problemi olub. Biz göyün üzünə bulud gələndə sevinirik ki, yağış yağacaq. İndi Allahdan yoxdur, bəndə nə edə bilər ki? Qaraçay quruyub, bu il yayda çayda yemiş yetişmişdi. Mən özüm 2 hektarlıq ərazimi sulaya bilməmişəm. Başçımız Məhərrəm müəllim də su məsələsi ilə bağlı əziyyət çəkir”.Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq.İcra Hakimiyyətinin informasiya təminatı şöbəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, suvarma ilə bağlı problemlər var:“Olan su ehtiyatı 100 faiz təminatı ödəmir. Bu problem adətən yay aylarında olur, amma qışda hər hansı problem yaşanmır.Orada çay yatağı var və təminat mövsümlə bağlıdır. Əgər yağış yağarsa, çay, quraqlıq olarsa, artizan sularından istifadə edilir”.Naibə Məmmədova, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
bizim.media

2Mənbələr