AZ

Almaniyanın Çinlə ticarət kəsirinin rekord həddə çatması gözlənilir

Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın Çinlə ticarət kəsirinin bu il rekord səviyyəyə — 87 milyard avroya çatacağı gözlənilir.

Banco.az xəbər verir ki, Reuters-in məlumatına görə, Almaniya Ticarət və İnvest (GTAI) 2022-ci ildə 84 milyard avroluq kəsirin azaldılacağını proqnozlaşdırsa da, son göstəricilər əksini göstərib.

GTAI-nin regional direktor müavini Kristina Otte vəziyyəti belə şərh edib: “Bu, balanssızlıqdır və bu, əlbəttə ki, bizim marağımıza uyğun deyil.”

Onun sözlərinə görə, ticarət balansındakı mənfi fərq əsasən Almaniyanın zəif ixrac göstəriciləri ilə əlaqədardır. Bu il Çinə ixracın 11 faizdən çox azalacağı gözlənilir.

Otte əlavə edib ki, Çin artıq Almaniya üçün etibarlı bazar statusunu itirməkdədir:

“Çin müştəri bazarı kimi sürüşməyə başlayıb. Bu il Çin, yəqin ki, İtaliyadan sonra altıncı yerdə olacaq. Halbuki cəmi bir neçə il əvvəl Almaniya üçün ABŞ-dan sonra ikinci ən böyük bazar idi.”

Çinin yanvar-sentyabr dövrünə olan məlumatları da bu tendensiyanı təsdiqləyir: ABŞ-a ixrac 17 faiz azalıb, Almaniyaya ixrac isə 11 faiz artıb.

Ekspertlər hesab edirlər ki, Almaniyanın Çinlə ticarət asılılığı azaldılmadığı təqdirdə bu balanssızlıq uzunmüddətli iqtisadi risklər yarada bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
banco.az

2Mənbələr