AZ

Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir - BDYPİ-dən çağırış

Bakı. Trend:

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən yağışlıvə çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyəttələb edir.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət YolPolisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, belə hava şəraitində yol örtüyünün sürüşkənolması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsininuzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək hava vəyol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddiniazaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texnikisazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağıxatırladır.

Eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətliolmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səkiilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əks etdiricielementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onlarınyolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarınıehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımdatəhlükəsizliyi seçməyə çağırır.

Məqalədə:
Seçilən
22
14
az.trend.az

10Mənbələr