AZ

Balakəndə baş vermiş qəza nəticəsində sürücü həyatını itirib

Bakı.Trend:

Balakəndə sürücünün həyatını itirməsi ilə nəticələnənyol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbərverir ki, hadisə oktyabrın 3-də qeydə alınıb.

Belə ki, Balakən rayonu, Şərif kənd sakini Yaqubov Yaqub Şəhmiroğlu "Mercedes Benz" markalı avtomobil ilə Balakən rayonu, Şərifkəndi ərazisində hərəkətdə olduğu zaman idarəetməni itirib,avtomobil yol kənarında olan quma çırpılıb.

Hadisə nəticəsində sürücü Y.Yaqubov və avtomobildə olan sərnişinQebeyev Ramazan Şamil oğlu müxtəlif dərəcəli bədən xəsarətlərialıb.

Y.Yaqubov isə aldığı xəsarətlər nəticəsində 04.11.2025-ci iltarixdə həyatını itirib.

Faktla bağlı Balakən RPŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayətişi başlanaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr