AZ

“Yeni Azərbaycan”la Dövlət Komitəsi arasında QALMAQAL

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən gün keçirdiyi tədbir qalmaqalla yadda qalıb. Modern.az xəbər verir ki, “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” adlı tədbirdə yol verilən səhv “Yeni Azərbaycan” qəzetinin rəhbərliyi tərəfindən etirazla qarşılanıb.

Belə ki, əvvəlcədən tədbirin Dövlət Komitəsi ilə "Yeni Azərbaycan”ın birgə təşkil etdiyinin bildiriilməsi, toplantının proqramında isə qonaqlar siyahısına “Hikmət Babaoğlu – "Yeni Azərbaycan" qəzetinin baş redaktoru” sözlərinin yazılması qəzet rəhbərliyini özündən çıxarıb.

"Yeni Azərbaycan" qəzetinin baş redaktor müavini Nəzirə Nurullayeva bildirib ki, onlar heç bir tədbirin təşkilində iştirak etməyiblər.
“Bu, Dövlət Komitəsinin alt şüurunda ilişib qalmış xatirə, yaxud nastolji hisslərindən başqa daha nədənlərdən xəbər verir. 5 il əvvəlki xatirələrini bugünkü tədbirə sığışdırmaları isə xiffətin real təzahürüdür”, - deyə N.Nurullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə atmaca ünvanlayıb.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu da müavinini dəstəkləyərək sosial şəbəkədə Dövlət Komitəsini qınayan paylaşımlar edib.

Tədbirin moderatoru olan BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov yanlışlığa yol verildiyini etiraf edərək, "Yeni Azərbaycan" qəzetinin rəhbərliyinə ünvanlağı açıqlamada bu fakta başqa rəng verməməyə çağırıb:

“"Ailə, qadın və usaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər" mövzusunda keçirdiyimiz konfransda moderator olaraq panel müzakirəyə dəvət edilən şəxsi elan edərkən tərəfimdən texniki səhvə yol verilmiş və dərhal da müvafiq düzəliş edilmişdir.

Təbii ki, diqqətli olmalıydım. Həm də düşünürəm ki, bəzən belə hallar ola bilər. Amma gözləmədiyim halda bu yanlışım fərqli istiqamətlərdə müzakirələrə səbəb oldu. Hesab edirəm ki, bu fakta başqa rəng verməyə ehtiyac yoxdur.

Odur ki, hörmətli media nümayəndələri və izləyicilərdən xahiş edirəm ki, bu məsələni anlayışla garsılayasınız”.

 

Seçilən
44
1
modern.az

2Mənbələr