AZ

Nyu-York tarixində ilk müsəlman mer - TARİXİ SEÇKİ

Nyu-York meri seçkilərində demokrat-sosialist Zöhran Mamdani qalib gəlib.

News365.az xəbər verir ki, ABŞ-nin CBS və CNN telekanalları ilkin nəticələr əsasında onun şəhərin növbəti meri olacağını bildirib.

34 yaşlı siyasətçi Nyu-Yorkun son 100 ildən artıq müddətdə ən gənc meri, həmçinin şəhərin tarixində ilk müsəlman kimi bu vəzifəni tutacaq.

Seçkilərdə Mamdani ilə yanaşı, müstəqil namizəd keçmiş Nyu-York qubernatoru Endryu Kuomo və respublikaçı Kertis Sliva da iştirak edib. Kuomo artıq Mamdanini qələbə münasibətilə təbrik edib.

Donald Tramp seçki ərəfəsində Mamdaniyə qarşı çıxıb, onu “kommunist” adlandırıb.

Analitiklərin fikrincə, Mamdaninin qələbəsi ABŞ Demokrat Partiyası üçün yeni nəsil siyasətçilərin yüksəlişini simvolizə edir. O, özünü sosial ədalət, dövlət dəstəyi və bərabər iqtisadi imkanlar tərəfdarı kimi təqdim edib.

Mütəxəssislər qeyd edirlər ki, Mamdani üçün əsas sınaq indi başlayır. O, böyük gözləntilər və məhdud büdcə şəraitində Nyu-York kimi nəhəng şəhəri idarə etməli olacaq.

Seçilən
19
26
news365.az

10Mənbələr