Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vaqif Qayıbzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 10 aprel 2025-ci il tarixdə, saat 14 radələrində Ağdərə rayonu, Suqovuşan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov qısqanclıq zəminində anası M.Ələkbərovanı bıçaqlayıb.
Keçirilən tədbirlər nəticəsində V.Ələkbərov polis tərəfindən saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Ömərov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov