AZ

Köçəryanın baş nazir namizədi açıqlandı

BAKI, 5 noyabr. TELEQRAF

Ermənistanda seçkiöncəsi hazırlıq təkcə hakimiyyət düşərgəsində deyil, həm də müxalif dairələrdə başlayıb. Məsələn, hazırda sabiq prezident Robert Köçəryanın komandasında ən aktual müzakirə mövzusu seçki siyahısına kimin başçılıq edəcəyi ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

R.Köçəryan son mətbuat konfransında bu suala cavab verərək bildirmişdi ki, bu məsələ sosioloji məlumatlardan asılı olacaq, yəni kim daha yüksək reytinqə sahib olacaqsa, siyahıya da o rəhbərlik edəcək. O, bu suala yanvar-fevral aylarında cavab tapacaqlarını demişdi.

Ermənistan nəşrinin fikrincə, bu məsələ onun komanda üzvlərini hələ də narahat edir:

“Bəziləri hesab edirlər ki, komanda daxilində Köçəryanın reytinqinin yüksək olmasına baxmayaraq, o, estafeti oğluna - artıq bir neçə ildir siyasətlə məşğul olan və parlament deputatı olan Levon Köçəryana verəcək. Bu versiyanı gücləndirən amillərdən biri də budur ki, Levon Köçəryan son aylarda demək olar ki, bölgələrdən evə gəlmir, daim insanlarla görüşlər keçirir.

Komandada anlayırlar ki, bu dəfə 2021-ci ilin ssenarisini təkrarlamaq mümkün olmayacaq: o zaman seçki siyahısına Robert Köçəryanın özü başçılıq etmişdi, oğlu isə 50-ci yerdə idi. İndi isə başa düşürlər ki, həmin nəticəni yenidən əldə edə bilməyəcəklər, buna görə də həm ata, həm də oğulun adının birinci onluqda yer alması düzgün sayılmayacaq”.

Xatırladaq ki, “Sputnik Armenia”nın noyabrın 3-də yaydığı məlumatda R.Köçəryanın 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyi və baş nazir namizədi olacağı bildirilmişdi.

Seçilən
17
2
teleqraf.com

3Mənbələr