AZ

ABŞ ən böyük təyyarədaşıyan gəmisi Cənubi Koreya limanında lövbər salıb

ABŞ-ın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan "George Washington" gəmisi Koreya Respublikasının ikinci ən böyük şəhəri olan Busandakı dəniz bazasına daxil olub.

Musavat.com xəbər verir ki, məlumatı "Yonhap" agentliyi yayıb.

Bildirilir ki, aviadaşıyıcını idarə olunan raket kreyseri və Aegis sistemi ilə təchiz olunmuş iki esmines müşayiət edir. Busana liman səfəri təchizatı artırmaq və heyət üzvlərinin istirahətini təmin etmək üçün nəzərdə tutulub. Cənubi Koreya ordusu bildirib ki, "Koreya Respublikası Hərbi Dəniz Qüvvələri iki donanma arasında mübadiləni və əməkdaşlığı daha da gücləndirməyi, eləcə də Beşinci Təyyarə Daşıyıcı Qrupunun gəlişi münasibətilə müdafiə imkanlarını artırmağı planlaşdırır".

Bu, Cənubi Koreya prezidenti Li Ce Myunun seçilməsindən sonra ABŞ təyyarədaşıyan gəmisi üçün ilk liman səfəridir. O, iyunun əvvəlində seçkilərdə qalib gəlib. ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi sonuncu dəfə mart ayında Busana səfər edib.

Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr