AZ

ÇL: "Qarabağ" "Çelsi" ilə qarşılaşır

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" bu gün növbəti sınağına çıxacaq. 

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Liqa mərhələsinin IV turunda London "Çelsi"sini qəbul edəcək.

İngiltərə nəhəngini Tofiq Bəhramov adına Respublika Stadionunda qonaq edəcək "köhlən atlar" doğma meydanda xal qazanmaq əzmindədir.

Təmsilçimizin oyununu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sebastyan Qişamer olacaq. Oyun saat 21.45.də başlayacaq. 

Qeyd edək ki, ilk üç turda 6 xal toplayan "Qarabağ" Liqa mərhələsində 15-ci yerdədir. 

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr

21:45. "Qarabağ" – "Çelsi"
Hakimlər: Sebastyan Qişamer, Roland Ridel, Santino Şrayner, Manuel Şüttenqruber (hamısı Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Seçilən
16
fanat.az

1Mənbələr