Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb. Bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilir ki, sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.