AZ

Rövşən Məmmədovun 10 minlik ‘Həftə’si



Bir müddət öncə Aztimes.az saytında “AzTV” sədri Rövşən Məmmədov və onun komandası haqqında artıq hamıya məlum olan faktları, o cümlədən maliyyə maxinasiyalarını oxucularımıza xatırlatmışdıq. Üstündən hələ on gün keçməmişdi ki, dünən demək olar, bütün xəbər portalları “AzTV-də yoxlama – nöqsanlar üzə çıxdı” başlıqlı xəbəri manşetə çıxardı. Əslində, AzTV-də nöqsanların olması artıq yeni xəbər deyil. Şirkət daxilindəki mənbələrimizin sözlərinə görə, “sizin bildiyiniz birdirsə, bilmədiyiniz beşdir”. Televiziya əməkdaşları adlansaq da, əslində özümüz “it günündə” yaşayırıq. Bəzən evə getməyə belə yol pulu tapa bilmirik, bufetdə aylarla borcumuz yığılır qalır. Amma Rövşən Məmmədov, xanımı, yaxın dostları və qohum-əqrabası AzTV-də “yağ-bal içində” gün keçirir. Maaşları da, qonorarları da bol.Qonarardan söz düşmüşkən, bu gün medianın gündəmində olan məlum audit nəticələrinə nəzər salaq.Rəsmi açıqlama :

“AzTV-də yoxlama: 26 milyonluq ‘qonorar’ qalmaqalı”“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də dövlət vəsaitlərinin və əmlakın idarə olunması üzrə Hesablama Palatası tərəfindən aparılan auditin nəticələri açıqlanıb. Bu məlumat **“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”**ndə yer alıb.Rəydə qeyd olunur ki, “AzTV” tərəfindən əmək müqaviləsi ilə çalışan işçilərə əmək funksiyalarının icrası ilə bağlı ödənilməli vəsaitlər “qonorar” adı ilə rəsmiləşdirilib. Ümumi məbləğ — 26 milyon manat. Bunun 11,3 milyon manatı 2023-cü ildə, 11,6 milyon manatı 2024-cü ildə, 3,1 milyon manatı isə 2025-ci ilin ilk rübündə ödənilib.Bu praktika nəticəsində əmək münasibətləri mülki-hüquqi kimi təsnif olunub, bu da Əmək və Vergi Məcəllələrinin tələbləri ilə ziddiyyət təşkil edib. Nəticədə məcburi sosial ayırmalar tam həcmdə tutulmayıb və bu, əməkdaşların sosial təminat hüquqlarını məhdudlaşdırıb.

Başqa sözlə, AzTV-də üç ildə 26 milyon manatlıq qonorar “havaya sovrulub”. Atalar demişkən, “güc doğana düşür” — əziyyətini çəkən isə yenə borc içində yaşayan, sadə və kasıb televiziya işçiləridir.Yadımızdan çıxmamış qeyd edək ki, Rövşən Məmmədovun ilk sədr təyin olunduğu illərdə AzTV-də yoxlamalar aparılmış, nəticədə altı milyona yaxın yeyinti aşkar edilmişdi. Həmçinin əməkdaşlara məxsus kifayət qədər kartlar da tapılmışdı. Bir neçə il ərzində Rövşən Məmmədov dörd maliyyə rəhbərini dəyişib. Aldığımız digər məlumata görə, ilk yoxlamalarda məhz Həmidağa Əsədzadə Rövşən Məmmədovu el arasında desək, “baqaja” qoymuşdu.Audit açıqlamasının ardından AzTV rəhbərliyi tələsik açıqlama yayaraq bildirib :

“İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq.

Bu arada, onu da əlavə edək ki, tam maaş sisteminə keçid prosesi ötən ildən başlayıb. QSC-də əməkdaşların sayını nəzərə alsaq məsələnin gələn il tam olaraq həll olunacağını söyləyə bilərik” Amma haqlı sual doğur:Hörmətli Rövşən Məmmədov, qonorar sistemindən imtina olunsa, bu qərar ilk növbədə sizə böyük zərər vuracaq. Axı, aparıcısı olduğunuz “Həftə” verilişinə görə özünüzə yazdığınız 10 min manatlıq qonorar da bu yolla yoxa çıxacaq. Eləcə də köməkçiniz və AzTV-nin “qeyri-rəsmi rəhbəri” sayılan Həmidağa, dostlarınız və yaxın qohumlarınızın adlarına yazılan qonorarlar ləğv ediləcək. Sizcə, buna razı olacaqsınızmı?Maraqlıdır, necə olur ki, yalnız bir veriliş – “Həftə” ilə – bu qədər yüksək qonorar alırsınız, halbuki ssenarisi belə sizə aid deyil? Televiziya dili ilə desək, pul kağızının hər paraqrafında öz adınızı qeyd edirsiniz.Sosial mediada hücum – saxta profillər kimindir?
Seçilən
20
newscenter.az

1Mənbələr