AZ

ABŞ ordusu Sakit okeanda daha bir narkokartel gəmisini məhv edib

Pentaqon: Narkotacirlərin gəmiləri Amerika vətəndaşlarını zəhərləyə bilməyəcək...

Poliqon xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqsetin açıqlamasına əsasən, prezident Donald Trampın göstərişi ilə Amerika Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkokartelə məxsus gəmini “ölümcül kinetik zərbə” ilə məhv edib. Nazir bildirib ki, gəmi terrorçu təşkilatın nəzarətində olub və narkotik qaçaqmalçılığı ilə məşğul imiş. Hücum nəticəsində gəminin iki heyət üzvü həlak olub.

“Razvedka təsdiqləyib ki, bu gəmi narkotik ticarəti üçün tanınan marşrut üzrə hərəkət edirdi və üzərində qanunsuz yüklər daşıyırdı. Zərbə nəticəsində ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb, lakin gəmidə olan iki narkoterrorçu məhv edilib. Biz Amerikanı zəhərləmək istəyən hər bir gəmini tapıb məhv edəcəyik”, deyə Heqset sosial şəbəkə “X”-də yazıb. O həmçinin qeyd edib ki, “kartellərin ABŞ ordusuna qarşı heç bir şansı yoxdur”.

Bir həftə əvvəl Hegset Sakit okeanda narkokartellərə məxsus dörd gəminin məhv edildiyini açıqlamışdı. Həmin əməliyyat zamanı 14 nəfərin öldürüldüyü bildirilmişdi.

Poliqon.info

Seçilən
38
18
poliqon.info

10Mənbələr