AZ

34 yaşlı müsəlman Zohtan Mamdani Nyu York şəhərinin meri seçilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 5 noyabr, AZƏRTAC

Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçilib.

AZƏRTAC-ın məlumatına görə, noyabrın 4-də ABŞ-da keçirilmiş seçkilərin nəticəsində 34 yaşlı Demokratlar Partiyasının təmsilçisi Mamdani keçmiş qubernator, müstəqil namizəd Endryu Kuomo və Respublikaçılar Partiyasından namizədliyini irəli sürmüş Kertis Slivanı məğlub edib. O, sentyabr ayında bu post uğrunda seçkilərdə namizədliyini geri götürən, lakin seçki bülletenində adı qalan Erik Adamsı əvəz edəcək.

Mamdani son bir əsr ərzində şəhərin ən gənc meri olacaq.

Qeyd edək ki, bu seçkilərdə ABŞ Prezidenti Donald Tramp Endryu Kuomonun namizədliyini dəstəkləyirdi.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
26
azertag.az

10Mənbələr