AZ

Almaniya kansleri suriyalı qaçqınları deportasiya ilə hədələdi

BAKI, 5 noyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merts suriyalı qaçqınların ölkəsinə qayıtmasının vaxtı çatdığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Mers “Bild” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Almaniyada sığınacaq üçün artıq hüquqi əsas yoxdur və geri dönməkdən imtina edən qaçqınlar deportasiya edilə bilərlər.

“Suriyada vətəndaş müharibəsi başa çatıb, buna görə də Almaniyanın artıq sığınacaq vermək üçün səbəbi yoxdur. Vətənə qayıtmaqdan imtina edənlər deportasiya ediləcək,” - Merts qeyd edib.

Kansler həmçinin qeyd edib ki, qaçqınların əksəriyyətinin könüllü şəkildə Suriyaya dönərək ölkənin bərpasında iştirak edəcəklərinə ümid edir.

Seçilən
84
teleqraf.com

1Mənbələr