Bakı. Trend:
Bosniya və Herseqovinanın şimalındakı Tuzla şəhərində yerləşənqocalar evində baş verən yanğın faciə ilə nəticələnib – azı 10nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Trend xəbər verir ki, azı beşnəfər yaralanıb, onlardan üçü reanimasiya şöbəsinəyerləşdirilib.
Yanğının səbəbi hələ müəyyən edilməyib.