AZ

ABŞ-də antirekord - Ən uzunmüddətli şatdaun

BAKI, 5 noyabr. TELEQRAF

ABŞ-da federal hökumətin 1 oktyabrda başlayan qismən fəaliyyət dayanması (şatdaun) ölkə tarixində ən uzunmüddətli hal olub.

Teleqraf xəbər verir ki, Hazırda Konqres federal hökumətin işini bərpa etmək üçün zəruri maliyyəni ayıracaq qanun layihəsini hələ razılaşdırmayıb.

Əvvəlki rekord 2018–2019-cu illərdə, keçmiş prezident Donald Trampın ilk hakimiyyət dövründə qeydə alınmışdı. Həmin vaxt “şatdaun” 22 dekabr 2018-ci ildə başlamış və 25 yanvarda başa çatmışdı.

Hazırda isə hökumətin bağlanması 34 gün, 21 saat davam edir.

Beləliklə, ABŞ hökumətinin hazırkı şatdaunu ölkə tarixində ən uzunmüddətli fəaliyyət dayanması hesab olunur.

Seçilən
82
teleqraf.com

1Mənbələr