AZ

Heqset: ABŞ qüvvələri Sakit okeanda narkotik daşıyan kateri məhv edib

BAKI, 5 noyabr. TELEQRAF

Amerika qüvvələri Sakit okeanın beynəlxalq sularında narkotik daşınmasında istifadə olunduğu iddia edilən kateri məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset "X"də məlumat paylaşıb.

Onun sözlərinə görə, həmin katerdə Vaşinqtonun “terrorçu təşkilat” kimi tanıdığı qruplaşmanın üzvləri narkotik maddələr daşıyırmış.

Heqset bildirib ki, katerdə iki “narkoterrorist” olub və onlar məhv edilib.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ hərbi qüvvələri ölkəyə narkotiklərin qanunsuz daşınmasında istifadə olunan bütün gəmiləri aşkar edib məhv edəcək.

Seçilən
88
teleqraf.com

1Mənbələr