AZ

"Neftçi"nin oyunçusu Avropa Kubokunda ayın ən yaxşısı seçildi

"Neftçi"nin oyunçusu Devonte Qrin FIBA Avropa Kuboku turnirində oktyabr ayının ən yaxşı basketbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı basketbolçu ay ərzində hər oyunda orta hesabla 21,0 xal, 7,7 ribaund və 3,0 məhsuldar ötürmə ilə yadda qalıb.

"Neftçi" FIBA Avropa Kubokunun I qrupunda mübarizə aparır.

Komanda qrupda keçirdiyi matçlarda Polşanın "Kalev" kollektivini (95:84) və digər Azərbaycan təmsilçisi "Abşeron Lions"u (104:86) məğlub edib, Polşanın"Trefl" klubuna (63:92) isə uduzub.

Seçilən
68
sportinfo.az

1Mənbələr