BAKI, 5 noyabr. TELEQRAF
Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Ryonxap” agentliyi öz milli kəşfiyyat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiyaya təxminən 5 min mühəndis qoşunu göndəriləcək və onlar dağıdılmış infrastrukturun bərpası ilə məşğul olacaqlar. Bundan əlavə, 1 minə yaxın hərbçi minalardan təmizləmə işlərinə cəlb olunacaq.
Ümumilikdə, Seulun məlumatına əsasən, Pxenyan Rusiyaya 10 minədək hərbçi göndərməyi planlaşdırır.