AZ

Vlahoviçin qolu “Yuventus”a qələbə qazanmağa kömək etməyib - VİDEO

Çempionlar Liqasının 4-cü turunun “Yuventus” və “Sportinq” komandaları arasında keçirilən oyunu heç-heçə başa çatıb.

İdman.Biz bildirir ki, oyun Turindəki “Allianz” stadionunda baş tutub.

12-ci dəqiqədə qonaqların müdafiəçisi Maksimiliano Xavyer Arauho Vilçes hesabı açıb. 34-cü dəqiqədə İtaliya nəhənginin hücumçusu Duşan Vlahoviç yekun hesabı müəyyən edib – 1:1.

Növbəti turda Luçano Spallettinin yetirmələri Norveç təmsilçisi “Bodö-Qlimt”lə (25 noyabr), Lissabon komandası isə “Brügge” (26 noyabr) ilə qarşılaşacaq.

İdman.Biz

Seçilən
69
1
idman.biz

2Mənbələr