AZ

“Putinin protez ordusu”: Rusiya əlillərin artması səbəbindən protez idxalını üç dəfə artırdı

Musavat.com xəbər verir ki, Rusiya hökuməti 2026-cı il dövlət büdcəsində əlillərin reabilitasiyası üçün 98 milyard rubl vəsait ayırıb.

Bu, Ukraynaya müdaxilədən əvvəlki illərlə müqayisədə üç dəfə çoxdur — həmin dövrdə bu məqsədlə ildə təxminən 33 milyard rubl xərclənirdi.

Protez istehsalçıları bildirirlər ki, sifarişlərin əsas hissəsi ağır yaralanma alan hərbçilərdən gəlir. Eyni zamanda, mülki əlillər şikayət edirlər ki, onlara göstərilən tibbi və sosial yardım əvvəlki illərlə müqayisədə xeyli azaldılıb.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) məlumat verir ki, 2024-cü ilin sonuna qədər təxminən 376 min rusiyalı ağır yaralanıb və əlil qalıb. Onların təxminən yarısının ətrafları amputasiya olunub.

Ekspertlərin fikrincə, bu vəziyyət Rusiyanın hərbi əməliyyatlarda verdiyi real itkilərin miqyasını göstərir. Lakin Kreml cəmiyyətə bu faciənin həqiqi ölçülərini açıqlamır və məlumatları gizli saxlayır. 

 

Musavat.com

Seçilən
81
musavat.com

1Mənbələr