AZ

Gözlənilməz bağlama: turist 60 il əvvəl oğurladığı kəlləni kilsəyə geri qaytardı

Musavat.com xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada yerləşən Müqəddəs Stefan kilsəsinə poçtla göndərilən gözlənilməz bağlamanın içindən insan kəlləsi çıxıb.

Bağlamaya əlavə edilən məktubda qeyd olunub ki, Almaniyadan olan şəxs 60 il əvvəl tələbəlik illərində kilsəni ziyarət edib. Ekskursiya zamanı məbədin altındakı katakombalarda — XVIII əsrdə dəfn olunmuş minlərlə insanın qalıqları arasında — bir kəlləni götürüb.

Şəxs məktubunda yazıb ki, illərlə vicdan əzabı çəkib və ömrünün sonuna yaxınlaşdığını hiss etdiyindən oğurladığı kəlləni geri qaytarmaq qərarına gəlib. Muzey əməkdaşları isə onun bu addımını alqışlayıblar və kəlləni uzun illər qoruyub saxladığı üçün təşəkkür ediblər.

Hazırda kəllənin kimə məxsus olduğu məlum deyil, lakin o, artıq yenidən dəfn olunub. Qeyd olunur ki, kilsənin altındakı katakombalarda XVIII əsrin ortalarına aid təxminən 11 min nəfərin qalıqları saxlanılır və onların arasında Vyananın tanınmış ailə üzvləri də var. 

 

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr