AZ

NBA klubunun sabiq rəhbəri 3,8 milyon dollar mənimsəməkdə ittiham olunur

ABŞ-da “Atlanta Havks” basketbol klubunun sabiq icraçı direktoru Lester Cons 3,8 milyon dolları mənimsəmək və dələduzluqda ittiham olunaraq həbs edilib.

90deqiqe.Az “The Athletic”ə istinadən xəbər verir ki, Cons ittihamları qəbul etməyib və zaminə buraxılıb. O, klubda maliyyə planlaşdırılması və analitik departamentinin baş vitse-prezidenti vəzifəsində çalışıb. Yoxlama zamanı mənimsəmə faktı aşkar edildikdən sonra Cons klubdan uzaqlaşdırılıb.

İstintaqın versiyasına əsasən, o, komandanın American Express bank hesabına nəzarət edib və ödənişləri təsdiqləmək səlahiyyətinə malik olub. Bundan əlavə, klubun bir neçə korporativ kartından şəxsi məqsədləri üçün istifadə etdiyi bildirilir.

İstintaq orqanları hesab edir ki, o, mənimsədiyi pullarla bahalı həyat tərzi sürüb, Baham adalarına, Havay adalarına, Taylanda, İsveçrəyə və digər ölkələrə səyahətlər edib, həmçinin Porsche markalı avtomobil və digər dəbdəbəli əşyalar alıb.

Bundan əlavə, Consun klubun digər əməkdaşı ilə romantik münasibətdə olduğu və mənimsənilən vəsaitin bir hissəsini ona bahalı hədiyyələr almağa xərclədiyi bildirilir. Həmin qadın da artıq “Atlanta Havks”da çalışmır.

İttihamda qeyd olunur ki, Lester Cons maliyyə hesabatlarını dəyişdirib, saxta e-poçtlar yaradıb və şəxsi xərclərini klubun əməliyyat hesablarına yönəldərək izini itirməyə çalışıb. Klub hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Seçilən
66
90deqiqe.az

1Mənbələr