AZ

Ağ Ev Venesuelada hərbi əməliyyatlar üçün üç variantı nəzərdən keçirir - NYT

Tramp administrasiyası Venesuela üçün bir neçə hərbi variant hazırlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ hökumət mənbələrinə istinadən The New York Times qəzeti məlumat yayıb.,

Bildirilir ki, Prezident Maduronu qoruyan hərbi hissələrə birbaşa hücumlar və neft yataqlarına nəzarəti ələ keçirmək bu variantlara daxildir. Bunlarla yanaşı Venesuela prezidentini tutmaq və ya öldürmək üçün xüsusi təyinatlıların göndərilməsi də variantlar arasındadır.

NYT-nin məlumatına görə, dövlət katibi Rubio və Dövlət Təhlükəsizliyi üzrə müşavir Miller Venesuelaya qarşı daha aqressiv siyasəti dəstəkləyir və Maduronun hakimiyyətdən uzaqlaşdırılmalı olduğunu bildiriblər.

Elvin

Ölkə.az

Seçilən
40
olke.az

1Mənbələr