AZ

Orban Ukraynanın Aİ-yə üzvlüyünə alternativ təklif irəli sürüb

Macarıstan baş naziri Ukrayna ilə strateji tərəfdaşlıq modelini təklif edir...

Poliqon xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı çıxaraq, bunun əvəzinə Aİ ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin yaradılmasını təklif edib. O, bu barədə sosial şəbəkə X hesabında yazıb və Ukrayna prezidenti Vladimir Zelenskinin Macarıstanın mövqeyi ilə bağlı bəyanatını şərh edib.

Orban xatırladıb ki, Aİ-yə yeni üzvlərin qəbuluna dair qərar yalnız bütün üzv dövlətlərin yekdil razılığı ilə qəbul edilir. Baş nazirin sözlərinə görə, Budapeşt Ukraynanın inteqrasiyasını dəstəkləməyəcək, çünki bu proses “Avropada müharibə riskini artıra” və “macar vergi ödəyicilərinin pullarının Ukraynaya yönəldilməsinə” səbəb ola bilər.

“Biz hesab edirik ki, Avropa İttifaqı Ukrayna ilə tamhüquqlu üzvlük olmadan strateji tərəfdaşlıq münasibətləri qurmalıdır. Bu, bizim təklifimizdir. Gələcəkdə də bu mövqedə qalacağıq, çünki buna tam hüququmuz var”, – deyə Orban bildirib.

Bundan bir neçə saat öncə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas 2030-cu ilə qədər Albaniya, Moldova, Ukrayna və Monteneqro kimi ölkələrin ittifaqa qoşula biləcəyini demişdi. Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü “ölkənin təhlükəsizliyinin əsas təminatlarından biri” olmalıdır.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr