AZ

Moskva Karakas xətti aktivləşdi: Rusiya Venesuelaya silah axınını artırır

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Moskva artıq Venesuelaya silah tədarükünə başlayıb və yaxın vaxtlarda ölkəyə yeni nəsil “Oreşnik” raket sistemlərinin də göndərilməsinə hazırlaşır.

Globalinfo.az-ın xəbərinə görə, bu bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev bəyan edib.

Juravlevin sözlərinə görə, Rusiya ilə Venesuela arasında hərbi-texniki əməkdaşlıq son aylarda xeyli intensivləşib və bu əməkdaşlıq yalnız silah satışını deyil, həm də mütəxəssis hazırlığı, texniki xidmət və müdafiə infrastrukturu sahələrində birgə proqramları əhatə edir.

“Bizim strateji tərəfdaşlarımız arasında Venesuela mühüm yer tutur. Hazırda bu ölkəyə müəyyən silah tədarükü həyata keçirilir. Bundan əlavə, “Oreşnik” raket sisteminin ilk komplektləri də göndərilməyə tam hazır vəziyyətdədir”, — deyə Juravlev vurğulayıb.

Deputat qeyd edib ki, bu sistemlərin ixrac versiyası Venesuela ordusunun müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq, çünki “Oreşnik” həm quru, həm də hava hədəflərinə qarşı yüksək dəqiqlikli zərbələr endirmək qabiliyyətinə malikdir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
globalinfo.az

1Mənbələr