AZ

ABŞ Senatı bu qanun layihəsini 14 cü dəfə qəbul edə bilməyib

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Senatı bir neçə həftə ərzində 14-cü dəfədir ki, qismən dayandırılmış federal hökumətin maliyyələşdirilməsi ilə bağlı Respublikaçıların rəhbərlik etdiyi qanun layihəsini rədd edib.

"Report"un məlumatına görə, prosedur səsverməsi zamanı Nümayəndələr Palatası tərəfindən əvvəllər təsdiq edilmiş sənəd Konqresin yuxarı palatasının 54 üzvü tərəfindən dəstəklənib, 44 senator isə əleyhinə səs verib.

Qanun layihəsinin qəbul olunması üçün 60 səs tələb olunur. Əgər bu qanun layihəsi Konqres tərəfindən təsdiqlənməz və ABŞ Prezidenti Donald Tramp tərəfindən yerli vaxtla saat 21:23-dək (Bakı vaxtı ilə 5 noyabr saat 06:23) imzalanmazsa, hazırkı hökumət fəaliyyətinin dayandırılması (şatdaun) ölkə tarixində ən uzunmüddətli dayandırılma olacaq.

ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətinin qismən dayandırması oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar hələ də razılığa gələ bilmirlər. Demokratlar və Respublikaçılar bir-birlərini şatdauna təhrikdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
azpolitika.info

1Mənbələr