Avropada ilin ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatının qalibi bəlli olub.
İdmanxeber.az xəbər verir ki, PSJ-nin 20 yaşlı vingeri Dezire Due bu nüfuzlu mükafata layiq görülüb. Fransa millisinin üzvü ötən mövsüm 61 oyunda 16 qol və 16 asistlə çıxış edib, komandası ilə həm Liqa 1-in, həm də Çempionlar Liqasının qalibi olub.
Xatırladaq ki, ötən il “Golden Boy” mükafatını “Barselona”nın futbolçusu Lamin Yamal qazanmışdı.