AZ

Əliyar Ağayevin idarə etdiyi oyunda “Arsenal” böyükhesablı qələbə qazandı - VİDEO

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü oyun gününə Çexiyanın “Slaviya Praqa” və İngiltərənin “Arsenal” komandaları arasında oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç Çexiyanın Praqa şəhərindəki "Fortuna Arena"da baş tutub.

Oyunu həmyerlimiz Əliyar Ağayev idarə edib. Qarşılaşma 3-0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

32-ci dəqiqədə “Arsenal”ın cinah oyunçusu Bukayo Saka penalti zərbəsi ilə hesabı açıb. İkinci hissənin əvvəlində yarımmüdafiəçi Mikel Merino “topçular”ın üstünlüyünü artırıb. 68-ci dəqiqədə Merino hesabı 3-0 edib.

Oyunun sonlarında “Arsenal”ın qapısına penalti təyin olunub. Lakin Əliyar Ağayev VAR monitoruna baxdıqdan sonra qərarını ləğv edib.

https://t.me/idmanbiz/40796

Növbəti turda “Arsenal” “Bavariya” (26 noyabr), “Slaviya” isə “Atletik Bilbao”(25 noyabr) ilə qarşılaşacaq.

İdman.Biz

Seçilən
62
idman.biz

1Mənbələr