AZ

ÇL gecəsi: “Qarabağ” üçün sərfəli hesablar!

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Çempionlar Liqasında liqa mərhələsinin 4-cü turunun oyunları keçirilir. Günün ilk iki qarşılaşmasının “Qarabağ” üçün sərfəli hesabla bitdiyini iddia etmək olar. Belə ki, “Slaviya”nın qonağı olan “Arsenal” böyükhesablı qələbə qazanıb – 3:0. “Topçular” maksimum nəticə ilə irəliləyirsə, Çexiya klubunun 4 oyundan sonra cəmi 2 xalı var.Günün erkən başlayan digər oyununda qapılara qol vurulmayıb. “Qarabağ”ın irəlidə qarşılaşacağı “Napoli” evdə Frankfurt “Ayntraxt”ının müqavimətini qıra bilməyib – 0:0. Belədə “Ayntraxt”la “Napoli” hərəyə 4 xalla 18-19-cu yerləri bölüşür. “Qarabağ” isə günün ilk iki oyunundan sonra 13-cü pillədə qalıb.ORXAN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
icma.az

1Mənbələr